Facebook sosial şəbəkəsi möhtəşəm yenilik edib.Məlumata əsasən artıq sosial şəbəkə istifadəçiləri istifadəçi profilləri, qruplar və tədbirlərdə olan şərh yerlərinə emosiyaları ifadə edən stikerlər yerləşdirə bilərlər. Bununla bağlı müvafiq işarə şərh bölməsində yerləşdirilib. İndiyə qədər istifadəçilər emosiyaları bildirən stikerlərdən şəxsi yazışmalar və “Messenger” proqramından istifadə edərkən yararlana bilərdilər. Qeyd edək ki, Facebook-da stikerlər ötən ildən etibarən aktiv edilib. Ekspertlərin fikrincə bununla da Facebook “Like” düyməsinin çatışmazlığını aradan qaldırmaq istəyir. Sosial şəbəkə istifadəçiləri dəfələrlə bu düymənin pis xəbərlərə reaksiya zamanı işə yaramadığını və yanlış təəssürat oyatdığını vurğulayırdılar. Xatırladaq ki, mətn və stikerlərlə yanaşı Facebook istifadəçiləri şərhlərə öz şəkillərini də əlavə edə bilərlər. //AzVision.az
Bizi sosial şəbəkələrdə izləyin !