“Facebook” gücləndirilir

21:00 | 08.08.2014
“Facebook” gücləndirilir

“Facebook” gücləndirilir

“Facebook” sosial şəbəkəsi serverlərin təhlükəsizliyinin təmini üçün “PrivateCore” həllər istehsalçısını satın alacaq.

 

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sazişin şərtləri açıqlanmır. “PrivateCore” şirkəti 2012-ci ildə təsis edilib və “Foundation Capital” fondundan 2,25 milyon dollar məbləğində investisiya cəlb edib.

 

“Facebook”un nümayəndəsi Co Sallivan bildirib ki, “PrivateCore” şirkəti serverdə saxlanılan məlumatların mühafizəsi və yoxlanılması üçün proqram təminatı hazırlayır.

 

"Şirkət tərəfindən hazırlanmış “vCage” texnologiyası məlumatların işlənməsi mərkəzlərini zərərli proqramlar, icazəsiz giriş və virusa yoluxdurulmuş qurğulardan müdafiə edir" – Sallivan deyib.

 

İstifadəçilərinin sayı 1.32 milyardı ötmüş “Facebook” daima kibercinayətkarlardan müdafiə üçün tədbirlər görür. Ötən il sosial şəbəkə başlanğıc sazlama kimi saytda HTTPS şifrləmə tətbiq edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM