Sosial şəbəkə nəhəngi Facebook-un 2013-cü ildəki gəliri açıqlanıb.Qaynar.info xəbər verir ki, sosial şəbəkə 1 il ərzində təkcə reklamdan 2 milyard 340 milyon dollar gəlir əldə edib. Bu da 2012-ci illə müqayisədə 76 faiz çoxdur.Facebook-dan verilən açıqlamada ay ərzində tablet, ağıllı telefon istifadəçilərinin 945 milyona çatdığı və şəbəkənin ümumi gəlirinin 53 faizinin mobil reklamların təşkil etdiyi bildirilib.Qeyd edək ki, 2013-cü ilin sonunda 1 milyard 230 milyon aylıq istifadəçiyə malik olan Facebook-a gün ərzində təxminən 757 milyon şəxs daxil olur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !