"Facebook” gizli şəkildə Çində foto mübadiləsi üzrə əlavə – "Colorful Balloons” xidməti yaradıb.
anews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.
Əslində, "Colorful Balloons” Çinin "App Store”unda bu ilin mayından mövcuddur. Xidmət və onun tərtibatçısı "Youge Internet Technology” şirkəti "Facebook”la əlaqəsini açıq bildirmir, lakin xidmətin rəhbəri Çjan Tszinmey Çinin sosial şəbəkələrinin nümayəndələrinin tənzimləyici orqanla görüşündə "Facebook”un Çindəki nümayəndəsi Van-Li Mozerlə yanaşı oturub.
Çində 2009-cu ildə blok edilmiş "Facebook”un nümayəndəsi "Colorful Balloons”la əlaqələrini təsdiqləməyərək yalnız onu deyib ki, şirkət Çin bazarı ilə maraqlanır və ölkə haqqında daha çox öyrənməyə çalışır.
NYT yazır ki, Çində gizli əlavə buraxmaq "Facebook”un çıxılmazlığını göstərir. Belə ki, şirkət dünyanın ən böyük online bazarı olan Çinə qayıda bilmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !