ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, şirkət 2014-cü ilin son rübündə 3 milyard 851 milyon dollar gəlir və 701 milyon dollar xalis mənfəət əldə edib.
2013-cü ilin son rübündə 2 milyard 585 milyon dollar gəlir və 523 milyon dollar xalis mənfəttə qazandığını açıqlayan şirkət 2014-cü ilin eyni dövründəki mədaxili 49 faiz artırdığını, xalis mənfəətinin də 34 faizə çatdığını bildirib.
"Facebook" gəlirlərinin 93 faizinin reklamlardan əldə etdiyini, 2014-cü ilin son rübündə 3,59 milyard dollara olan reklam gəlirlərinin 2013-cü ilin eyni dövrünə nisbətən 53 faiz artdığını ifadə edib.
Şirkət 2014-cü ildə ümumi mənfəətinin ötən illə müqayisədə 58 faiz artaraq 12,47 milyard dollar olduğu açıqlayıb. "Facebook" yaradıcısı və icraçı direktor Mark Zuckerberg "2014-cü ildə çox şeyə nail olduq. "Facebook" böyüməyə davam edir və biz dünyanı birləşdirmək üçün daha da inkişaf edirik" deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !