“Facebook” insan həyatını xilas etdi

17:53 | 09.04.2014
“Facebook” insan həyatını xilas etdi

“Facebook” insan həyatını xilas etdi

"Business Insider" nəşri yazır ki, ana sosial şəbəkənin köməyi ilə uşağının həyatını xilas edib. "Facebook"da oğlunun səhifəsinə baxan ana (Yuta ştatının sakini) onun odlu silahla hədələndiyi şərhi görüb. Ananın sürətli reaksiyası nəticəsində cinayətkarlar cəzalandırılıb. "ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, ana kriminal məzmunlu şərhi aşkar etdikdən sonra bu barədə məktəb administrasiyasına, sonuncu da öz növbəsində polisə məlumat verib. Qanun keşikçiləri cinayətkarları şərhdə göstərilmiş yerdə tutublar. Onların yeniyetmə olduğu məlum olub. Şübhəli şəxslərin maşınında tapança, marixuana və sonuncunun istifadəsi üçün böyük aparat aşkar edilib. Məlum olub ki, bundan əvvəl yeniyetmələr "Instagram" sosial şəbəkəsində silahları ilə lovğalanıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM