“Facebook” insanlara kömək edəcək

11:37 | 18.10.2014
“Facebook” insanlara kömək edəcək

“Facebook” insanlara kömək edəcək

"The Verge nəşri yazır ki, "Facebook" sosial şəbəkəsi təbii fəlakətlər zamanı dost və qohumların təhlükəsizliyini yoxlamaq üçün yaradılmış yeni "Safety Check" funksiyasını təqdim edib."ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, şəbəkə istifadəçinin olduğu yeri avtomatik təyin edəcək və əgər o, təbii fəlakət zonasına yaxındırsa, ona dostların bu haqda xəbər tutması üçün "Mən təhlükəsiz yerdəyəm" düyməsinə sıxmaq təklif ediləcək."Facebook"un direktoru və yaradıcısı Mark Zukerberq yeni funksiyanı Yaponiyada təqdim edib."Bizim mühəndislərimiz Yaponiyada fəlakətdən sonra insanların axtarışını yaxşılaşdırmaq üçün xidmətin yaradılması istiqamətində ilk addım atıblar" – "Facebook"da məhsulların idarəetməsi üzrə vitse-prezidenti Naomi Qleyt deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM