“Facebook”un insanları dünyaya bağladığı, ancaq xoşbəxt etmədiyi məlum olub.ANN.Az-ın Ailem.az-a istinadla verdiyi xəbərə görə, ABŞ-ın Miçiqan Universitetində aparılan araşdırma nəticəsində “Facebook”un sosial əlaqə yaratmaq ehtiyacını ödədiyi, ancaq istifadəçilərin xoşbəxtliyinə yüksək dərəcədə mənfi təsir göstərdiyi məlum olub.82 “Facebook” istifadəçisinin iştirak etdiyi araşdırma zamanı elm adamları istifadəçilərə 2 həftə ərzində hər gün 5 mesaj göndərib. Araşdırmaçılar istifadəçilərdən özlərini yalnız və narahat hiss edib-etmədiklərini, “Facebook”dan nə qədər istifadə etdiklərini və bu şəbəkə vasitəsilə başqalarıyla neçə dəfə “həqiqi” münasibət qurduqlarını soruşublar.Araşdırma nəticəsində “Facebook”dan daha çox istifadə edənlərin xoşbəxt olmadığı ortaya çıxıb.2 həftənin sonunda ortaya çıxan nəticəyə görə, “Facebook”dan nə qədər çox istifadə edilərsə, həyatdan razı qalmaq hissi də bir o qədər azalır.Başqalarıyla real münasibət quranların isə həqiqətən xoşbəxt olduqları deyilir.Bununla yanaşı, istifadəçilərin özlərini yalnız hiss etdikləri zaman “Facebook”a müraciət etdikləri də ortaya çıxıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !