“Facebook” istifadəçilərinin 80%-ni itirə bilər - ARAŞDIRMA

19:42 | 23.01.2014
“Facebook” istifadəçilərinin 80%-ni itirə bilər - ARAŞDIRMA

“Facebook” istifadəçilərinin 80%-ni itirə bilər - ARAŞDIRMA

Gənc alimlərin “ArXiv.org” saytında təqdim etdikləri araşdırmanın nəticələrinə əsasən  “Facebook” sağala bilən infeksion xəstəlikdir.

 

“ICTnews” xəbər xidmətinin “www.bfm.ru” saytına istinadən verdiyi məlumata əsasən, Amerikanın Priston Universitetinin iki aspirantı öz araşdırmalarında bildiriblər ki, sosial şəbəkə 2017-ci ilədək istifadəçilərinin 80%-ni itirə bilər.

 

Onlar belə qənaətə gəliblər ki, ideyalar insanlar arasında infeksion xəstəliklər kimi, yox olanadək, epidemioloji modellər üzrə yayılırlar.

 

Bu arada “Facebook”dan öncə yayılmış “MySpace” şəbəkəsini yada salsaq görərik ki, o da hansısa həddə çatanadək çox böyük populyarlığa malik olub. Tədqiqatçılar bildiriblər ki, 1,1 milyard istifadəçini birləşdirən dünyanın aparıcı sosial şəbəkəsi əminliklə   sonuna yaxınlaşır.

 

Onlar adaptasiya edilmiş epidemioloji modelini istifadə ediblər ki, “Google” açıq statistikasından istifadə edərək sosial şəbəkələrin istifadəçilərinin dinamikasını təsvir etsinlər. “Facebook”, onların sözlərinə əsasən, sürətlə azalmağa başlayacaq və bu ilin dekabrınadək maksimal həcminin 20%-ni, 2017-ci ilədək isə 80%-ni itirəcək.

 

Bu gün “Facebook”un işləri uğurla gedir, onun 29 yaşlı yaradıcısı Mark Zukerberq isə  19 milyard dollarlıq var-dövlətə malikdir.

 

“ICTnews” 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb