Facebook istifadəçilərinin sayı 1,38 milyarda çatdı

21:28 | 29.01.2015
Facebook istifadəçilərinin sayı 1,38 milyarda çatdı

Facebook istifadəçilərinin sayı 1,38 milyarda çatdı

2014-cü ilin dördüncü rübündə Facebook istifadəçilərinin sayı 2,2% artıb və 1,38 milyard nəfərə çatıb. Bu məlumatı şirkət rüblük hesabatında bildirib.

Oxu.Az xəbər verir ki, şirkətin gəliri tarixdə ilk dəfə olaraq bir il ərzində 10 milyard dollardan artıq oub. Belə ki, Facebook 2014-cü ildə 12,47 milyard dollar gəlir əldə edib, bu isə 2013-cü ilin yekun gəlirindən 58% çoxdur.

2014-cü ilin dördüncü rübündə gəlir 3,85 milyard dollardan ibarət olub, bu isə üçüncü rübün gəlirlərindən 49% artıqdır. Həmin dövrdə şirkət 3,77 milyard dollar qazanıb. 2014-cü ilin üçüncü rübündə Facebook sosial şəbəkəsinin aylıq istifadəçilərinin sayı 1,35 milyarda qədər artıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM