"Facebook” şirkəti 9 milyard ABŞ dolları məbləğində vergidən yayınıb.
"Report” "Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Gəlirlər Xidməti (İRS) açıqlama verib.
Qurumun verdiyi məlumata görə, "Facebook” 2010-cu ildə İrlandiyadakı törəmə şirkətinə süni azalan qiymətlərlə əqli mülkiyyət satırmış.
Bu sövdələşmənin dəyəri 6,5 milyard ABŞ dolları məbləğində dəyərləndirilir. Bundan əlavə, gəlir vergisi ABŞ-da 35% olduğu halda, İrlandiyada cəmi 12,5%-dir.
"Facebook”dan bildirilib ki, beynəlxalq maliyyə bazarlarına çıxmaqla bağlı risqlərə görə həmin fəndi işlədiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !