Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-da intihar fikrinə düşmüş insanlara yardım məqsədilə xüsusi funksiya istifadəyə verilib.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Facebook sosial şəbəkəsi "Farefont" fondu, ABŞ-dakı "National Suicide Prevention Lifeline" xidməti və Britaniyadakı "Samaritans" fondu ilə birləşərək depressiyaya düşən, bədbinliyə qapılan və intiharı düşünən insanlara yardım etmək qərarına gəlib.
İntihar fikrinə düşən hər şəxs bundan belə onlayn yardım ala bilər.
Bundan başqa, Facebook istifadəçiləri "dostlar"ı arasında olan şəxslərdən birinin təhlükəli məzmunlu statusundan servisi xəbərdar edə biləcəklər.
Facebook-da bundan belə hər statusun üzərində "Moderatora xəbər ver" düyməsi olacaq. Həmin funksiya vasitəsilə təhlükə doğuran post barədə "dost"un ailə üzvləri və ya qohumlarına, yaxud Facebook-un texniki xidmətinə məlumat vermək mümkündür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !