“Facebook Messenger”də növbəti yenilik

17:24 | 21.01.2015
“Facebook Messenger”də növbəti yenilik

“Facebook Messenger”də növbəti yenilik

"Facebook” sosial şəbəkəsi "WhatsApp”ı satın aldıqdan sonra mobil mesajlaşma bazarını ələ keçirsə də, özünün "Facebook Messenger”dən imtina etmək fikrində deyil. Əksinə, "Facebook Messenger”in inkişafı üçün inqilabi yenilik ediləcək.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, "Facebook” şirkəti danışığı mətnə çevirən texnologiya üzərində işlərə başlayıb. Şirkətin ismarış sistemləri üzrə mütəxəssisi Devid Markus bildirib ki, bu yenilik "Facebook Messenger”-ə 2015-ci ilin sonunadək gələcək.

«Facebook»un bu yeniliyi şəbəkə istifadəçilərinə böyük fayda gətirəcək – şəbəkə vasitəsilə yazışmaların vaxtı qat-qat qısalacaq. Belə ki, indiyədək mesajlaşma zamanı yazılan mətnləri yığmaq lazım gəlməyəcək. Sadəcə danışmaq kifayət edəcək ki, həmin sözlər yazın formasına çevrilsin.

Yeni özəllik xüsusilə Asiyalı istifadəçilərə rahatlıq gətirəcək. Çünki asiyalılar ana dillərinə uyğun simvollardan istifadədə daha çox çətinlik çəkirlər. Doğrudur bununla bağlı mobil əlavələr indi də mövcuddur. Amma bunların çoxu ya pulludur ya da reklamlarla doludur. D.Markus da bu ölkələrdə istifadəçilərə daha yaxşı bir ismarış tətbiqi təqdim edəcəklərini bildirib.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM