ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, saytın üzvləri üçün hazırladığı və "Əla bir il idi” başlığı ilə verdiyi 2014-cü ilin yekununa dair foto kollaj proqramı istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, sosial şəbəkənin heç bir seçim etmədən şəxsi şəkillərdən kollaj hazırlaması bəzi istifadəçilərin xoşa gəlməz xatirələrini yada salıb, bəziləri dünyasını dəyişmiş övladının şəklini görüb, bəzisi isə boşandığı həyat yoldaşı ilə qarşılaşıb.
Ən kəskin reaksiyanı ölmüş qızının şəkli ilə qarşılaşan veb-dizayner Erik Meyer bildirib. Meyer "facebook”u düşüncəsiz hərəkət etməkdə ittiham edib.
"Bilirəm ki, facebook bunu qəsdən eləməyib. Şəbəkə, keçən ilimizin nə qədər əla keçdiyini göstərməyə çalışarkən ziyafətlərdə, yaxt səyahətlərində çəkdirdiyimiz selfiləri toplamağa çalışıb. Amma sevdiklərini itirən, xəstəxanalarda uzun müddət yatanlar, boşanan və ya işdən çıxarılan çox sayda insan var” – deyə Erik Meyer şəxsi bloqunda yazıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !