"Facebook" və "Twitter" sosial şəbəkələri terrora kömək edir.ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə İngiltərənin Rəqəmsal Rabitə və Kəşfiyyat Xidmətinin (GCHQ) yeni rəhbəri Robert Hannigen çıxış edib. Onun sözlərinə görə, sözügedən sosial şəbəkələr kəşfiyyat orqanı ilə əməkdaşlıq etmədiyi üçün onlara sanksiyalar tətbiq olunmalıdır. "Financial Times"da məqalə ilə çıxış edən Robert Hannigen hesab edir ki, terror və cinayət təşkilatları əmr və nəzarət sistemini sosial şəbəkələr üzərindən həyata keçirir.Kəşfiyyat rəhbəri sosial şəbəkələrin şəxsi həyatla bağlı məlumatları qorumaq adı altında terrorizmə dəstək verdiyini və bunun qarşısını almaq zamanın gəldiyini bildirib:- Bunun üçün qanuni tənzimləmələrlə sosial şəbəkələrin fəaliyyətində məhdudlaşdırmalar yaratmaq lazımdır. - Terrorçuların izlənməsi üçün sosial şəbəkələr təhlükəsizlik qurumları ilə məlumat mübadiləsi etməlidir. Qeyd edək ki, Robert Hannigenin rəhbərlik etdiyi qurum bir müddət əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə birgə qeyri-qanuni dinləmələr həyata keçirməkdə ittiham olunmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !