“Facebook” “YouTube”a rəqib ola bilər

14:56 | 05.05.2015
“Facebook” “YouTube”a rəqib ola bilər

“Facebook” “YouTube”a rəqib ola bilər

Mark Sukerberq bildirib ki, "Facebook” sosial şəbəkəsində gündəlik videobaxış sayı 4 milyarda çatıb. Artım tempi çox yüksəkdir, belə ki, cari ilin fevralında bu göstərici 3 milyard olub. Əgər belə davam etsə, yaxın gələcəkdə sosial şəbəkə "YouTube” videohostinqinə rəqib  olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "telekomza.ru” saytına istinadən bildirir ki, "video – bizim üçün böyük potensialdır” – şirkətin maliyyə nəticələrinə həsr edilmiş konfransda "Facebook”un əməliyyat direktoru Şeril Sendberq bildirib. Sözsüz ki, bu, "Facebook”un gəlirinə birbaşa təsir edir, çünki elan verənlər üçün "Facebook” sosial şəbəkəsində videoreklam sifarişi daha əlverişlidir.
 
Ötən il "Facebook” alqoritmi dəyişib, nəticədə sayt videoçarxları mövzular üzrə göstərməyə başlayıb. Alqoritm yalnız videoçarx üzrə baxışların sayını deyil, həm də orta baxış müddətini, həmçinin "layk”ların sayını qeydə alır.
 
Məlumat üçün bildirək ki, "Facebook” sosial şəbəkəsində video izləmələrin 75 faizindən çoxu mobil qurğuların payına düşür.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM