İnternetin nəhəng sosial şəbəkəsi Facebook loqotipini dəyişib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu loqotip dəyişməsi 2005-ci ildən ilkdir.
Yenilik inqilabi xarakter daşımır. Şirkətin ağ hərflərlə göy fonda yazılı adı saxlanılıb.
Amma şrift bir qədər dəyişib və Business Insider-in sözlərinə görə "daha zərif və incə” olub.
"Bizim məqsədimiz şirkətin yeni loqotipinin daha dostcasına və əlçatan görünməsinə nail olmaqdır”, - Facebook-un kreativ direktoru Coş Hiqqins bildirib.
Onun sözlərinə görə, bu işə ilkin olaraq loqotipin yaradıcısı – Erik Olson cəlb edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !