Hazırda 1,4 milyarda qədər istifadəçisi olan Facebook sosial şəbəkəsi saytda yerləşdirilməsi qadağan edilən materialların siyahısını genişləndirib.
Martın 16-da elan edilən "Şəbəkə normalarına" uyğun olaraq Facebook əsasən "nifrət bildirən, təhdid edən, narkotiklərdən istifadə, çılpaq bədən təsvirlərinin yerləşdirilməsi" ilə bağlı materialların pozulması haqqını özündə saxlayır.
Şirkətin qlobal siyasi idarəsinin rəhbəri Monika Bikertin sözlərinə görə, yeni qaydalar istifadəçilərə sosial şəbəkədə yerləşdirilmək üçün nəyə icazə verildiyinə, nəyə qadağan qoyulduğuna aydınlıq gətirəcək. Bununla yanaşı, administrasiyanın əvvəlki kimi istifadəçilərin məlumatlarına əsaslanacağını deyən Bikert BBC-yə müsahibəsində qeyd edib ki, terror təşkilatları üzvlərinin dedikləri sözlərin, həmçinin terrorçuların əməllərinə dəstək və təriflərin sosial şəbəkədə yerləşdirilməsi də qadağan olunacaq.
Sosial şəbəkə tərəfindən dərc edilən "Dövlət sorğusu üzrə qlobal hesabat" barədə məlumatda Facebook-a ünvanlanan dövlət informasiya sorğularının 2014-cü ilin ikinci yarısında 35 mini keçdiyi bildirilir. ABŞ və digər Qərb dövlətləri tərəfindən göndərilən sorğular azaldığı halda, Türkiyə və Hindistandan ünvanlanan sorğuların sayı artıb. Şəbəkə bu sorğuların 79 faizini cavablandırıb. //buro247.az
Bizi sosial şəbəkələrdə izləyin !