Sosial şəbəkələrdə hər gün milyonlarla foto paylaşılır. Amma bunların çoxu az adama "yetişir" və internetdə it-bata düşür.
ANN.Az xəbər verir ki, əgər fotolarınızın daha çox sosial şəbəkə profilinə çatmasını, baxılmasını və ən əsası, daha çox "like" almasını istəyirsinizsə, o zaman fotoların ölçüsünə fikir verilməlidir.
Nyu-York mərkəzli marketinq-analitik şirkəti "SimALL"un hesablamalarına görə, başda "Facebook" olmaqla "Twitter", "Instagram", "LinkedIn" və "Pinterest"də paylaşılan fotolar həddindən artıq iri olur. Ona görə də "SumALL" daha ideal foto ölçülərini müəyyən etmək qərarına gəlib. ANN.Az həmin ideal ölçüləri təqdim edir:
"Facebook" üçün ideal ölçü:
Profil fotosu: 180x180 piksel
Paylaşılan foto: 1200x512
Örtük fotosu: 851x315
"Twitter" üçün ideal ölçü:
Profil fotosu: 400x400 piksel
Paylaşılan foto: 440x220
Örtük foto: 1500x500
"Pinterest" üçün ideal ölçü:
PIN'lənən fotoların genişlədilmiş vəziyyəti: Genişlik 660 piksel olmalı
Göndərilən foto: Genişlik 236 piksel olmalı.
"Instagram" üçün ideal ölçü:
640x640 piksel
"LinkedIn" üçün ideal ölçü:
Kariyera örtük fotosu: 970x240 piksel
Profil fotosu: 500x500 piksel
Banner fotosu: 646x220
Hazırladı Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !