"Facebook"un yaradıcısı və icraçı direktoru Mark Zükerberq işçiləri necə seçdiyindən danışıb.
ANS PRESS-in məlumatına görə, Mobil Dünya Konqresində iştirak etmək məqsədilə Barselonada olan Mark Zükerberq tədris müəssisələrindən birində hazırlanan tədbirdə tələbələrin suallarını cavablandırıb. Burada hamını maraqlandıran suallardan biri isə bu idi ki, onun şirkətinə necə işə düzəlmək olar. Sosial şəbəkənin yaradıcısı da suala çox maraqlı bir cavab verib. O bildirib: "Mən namizədlə söhbət edəndə tək bir şeyi düşünürəm - mənim özüm həmin şəxsin rəhbərliyi altında işləyə bilərəmmi?" Onun fikrincə, bu, namizədin işə uyğun olub-olmadığını müəyyən etmək üçün ən yaxşı vasitədir.
Mark Zükerberq konfransda həm də özünün "Internet.org" layihəsini də təqdim edib. Bu, "Facebook" şirkətinin xüsusi layihəsidir və internetə girişi olmayanlar üçün nəzərdə tutulub. Bu da planetin təxminən üçdə ikisi deməkdir. "Internet.org" layihəsi sayəsində insanlar mobil şəbəkələr vasitəsilə trafikə görə ödəmədən, xidmətlərdən istifadə edə biləcəklər. Zükerberqin sözlərinə görə, dünyada artıq 7 milyona yaxın insan öz smartfonları vasitəsilə Internet-ə giriş əldə ediblər. Lakin o, bununla kifayətlənmək firkində deyil və layihə üzərində işlərini davam etdirəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !