“Facebook”da sıralama dəyişdi, bir nömrəli ölkə artıq Hindistandır

18:40 | 17.07.2017
“Facebook”da sıralama dəyişdi, bir nömrəli ölkə artıq Hindistandır

“Facebook”da sıralama dəyişdi, bir nömrəli ölkə artıq Hindistandır

"Facebook”da ən çox istifadəçisi olan ölkələr və şəhərlərdə dəyişmələr var. Birinci sırada olan ABŞ, Hindistandan gələn hücum ilə ikinci sıraya keçdi.

anews.az fins.az-a istinadən xəbər verir ki, bu barədə Webrazzi məlumat yayıb. 

Hindistan 241 milyon istifadəçi ilə birinci sıraya keçərkən ABŞ-ın "Facebook”da 240 milyon istifadəçisi var.

"Facebook” 2017-ci ilin əvvəlindən bəri ABŞ və Hindistanda böyüməyə davam etdi. Ancaq təqdim edilən hesabata görə Hindistandakı böyümə ABŞ-ın iki qatıdır.

Hindistanda istifadəçi sayında son altı ayda 27 faizlik (+50 milyon istifadəçi) bir böyümə yaşanarkən bu nisbət ABŞ-da, sadəcə, 12 fazilik (+26 milyon istifadəçi) oldu.

Hindistandakı bu böyüməyə nəzərən ölkənin ümumi əhali sayı ilə müqayisədə sosial media istifadəçilərinin sayı olduqca aşağıdır. Ölkənin yalnız 19 faizi aktiv sosial media istifadəçisidir. Bununla müqayisədə ABŞ-ın 73 %-i aktiv sosial media istifadəçisidir.
 

 
Məlumatları ətraflı araşdırdığımızda Hindistandakı böyümənin cəmiyyətin hər seqmenti üçün bərabər olmadığını görürük. Hindistandakı "Facebook” istifadəçilərinin təxminən 75 faizi cinsiyyətini kişi olaraq bildirib. Bununj əvəzində ABŞ-dakı qadın istifadəçilərin nisbəti 54 faizdir.

Hindistanın istifadəçiləri ümumi olaraq gənclərdən ibarətdir. Ölkənin gənc əhalisinin çox olduğu düşünülərsə, bu, təəccüblü deyil.

Ümumi olaraq nəzər saldıqda Hindistanın hələ böyümə və inkişaf sahəsi mövcuddur. Gələcək illərdə mobil istifadənin yayılması və internetin əlçatan olması ilə bu nisbətlərdə daha böyük dəyişmələr görə bilərik.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM