“Facebook”dan aktiv istifadə qida pozğunluğuna səbəb olur

22:00 | 06.03.2014
“Facebook”dan aktiv istifadə qida pozğunluğuna səbəb olur

“Facebook”dan aktiv istifadə qida pozğunluğuna səbəb olur

Amerikalı alimlər təsdiq ediblər ki, "Facebook" sosial şəbəkəsindən aktiv istifadə qida pozğunluğuna səbəb olur. Alimlərin məqaləsi "International Journal of Eating Disorders" elmi jurnalında dərc edilib. "ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, tədqiqatda 960 qadın iştirak edib. Alimlər bir neçə həftə ərzində onları müşahidə ediblər və daha sonra öz müşahidələrini təhlil ediblər. Alimlər müəyyənləşdiriblər ki, sözügedən sosial şəbəkədə ən azı iki saat vaxt keçirən qadınlar tez-tez yeyirlər və artıq çəkidən əziyyət çəkirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb