“Facebook” şirkətinin mobil tətbiqlərindən gündəlik istifadə edən istifadəçilərin sayı 2014-cü ilin martında 609 milyona bərabər olub; aktiv mobil auditoriyanın payı il ərzində 43% artıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hər ay “Facebook”un mobil xidmətlərindən 1,01 milyard insan istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir. “Facebook” sosial şəbəkəsinin auditoriyası 1,28 milyarda bərabərdir.
“Facebook”un direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırıb. “Facebook” şirkəti, həmçinin “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir.
Mobil istiqamət həm də “Facebook”un biznes göstəriciləri üçün əsas istiqamətə çevrilir. 2014-cü ilin birinci rübündə sosial şəbəkənin reklam gəlirinin 59%-i mobil reklamın payına düşüb.
ANN.Az