“Facebook”dan növbəti yenilik

Bu proqram daha çox “Whatsapp”-ı xatırladır.
“Facebook” ayrıca messencer proqramını təqdim edəndən sonra burada ünsiyyət quranların sayı artıb. Smartfonlara bu tətbiqetməni yükləyən istifadəçilər daha rahat şəkildə dostları ilə əlaqə saxlayırlar.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Day.Az saytının verdiyi məlumata görə, “Facebook” artıq messencerini yeniləyib. Artıq bu proqram daha çox “Whatsapp”-ı xatırladır.
İndi sosial şəbəkə istifadəçiləri qrup yaradaraq danışa bilərlər. Qrupda fotoları bölüşmək isə daha da rahat olub.
Yenilənmiş messenceri iOS, Android və Windows əməliyyat sistemlərində istifadə etmək olar.
ANN.Az