“Facebook”dan növbəti yenilik: Xarici dil bilməmək problem olmayacaq

12:00 | 10.05.2017
“Facebook”dan növbəti yenilik: Xarici dil bilməmək problem olmayacaq

“Facebook”dan növbəti yenilik: Xarici dil bilməmək problem olmayacaq

Yeni inkişaf etdirilən süni zəka texnologiyası sayəsində "Facebook” sosial şəbəkəsindən istifadə edənlərin paylaşımları 9 müxtəlif dilə sürətli tərcümə olunacaq.

anews.az Publika.az-a istinadən xəbər verir ki, "Facebook”dan verilən rəsmi açıqlamada şirkətin hazırda 45 fərqli dildə tərcümə xidməti təqdim etdiyi bildirilib. 

Şirkətin mühəndislərinin sözlərinə görə, CNN adı verilən sistem üsulu ilə insan beyninə bənzəyən süni sinir sistemi inkişaf etdirilir.

Sözügedən yeni texnologiyanın köməyi ilə paylaşımlar daxilindəki sözlər yox, bütöv bir cümlə sürətli şəkildə tərcümə olunacaq. Bura müxtəlif dillərdə olan sabit söz birləşmələri də daxildir.

"Facebook” bu yenilik vasitəsilə dünya miqyasında istifadə olunan dilləri və müxtəlif dövlətlərin vətəndaşlarını bir-birinə yaxınlaşdıracaq. 

Yeni texnologiya sayəsində "Facebook” istifadəçiləri paylaşdıqları mesaj və videomaterialları istədikləri dildə qoya biləcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM