Dünyanın ən populyar sosial şəbəkə saytlarından biri hesab edilən "Facebook" Türkiyəyə qarşı səhv addım atıb.ANS PRESS-in xəbərinə görə, "Facebook" sosial şəbəkə saytının Türkiyədəki istifadəçiləri şirkətə öz etirazlarını bildiriblər. Belə ki, Türkiyənin Vandakı istifadəçilər "Facebook"un şəhər kateqoriyasında Vanın keçmiş Urartu dilində adı olan Tuşba kimi göstərilir.Buna görə də Vanlılar dünəndən bəri onların şəhərlərinın yanlış göstərilməsinə qarşı bir sıra etiraz xarakterli statuslar yazıblar. Şirkətin niyə belə bir addım atması, Vanın köhnə adını istifadə etməsi çox maraqlıdır. Urartuca "Günəş şəhəri" mənasını verən Tuşba adı Van Böyükşəhər bələdiyyəsi elan edildikdən sonra yeni yaradılan mərkəz rayonlarından birinə verilib.Xatırladaq ki, "Facebook"da buna bənzər hallar bir neçə dəfə təkrarlanıb və sonradan edilən səhv aradan qaldırılıb.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !