ANS PRESS-in məlumatına görə, smartfonlar üçün nəzərdə tutulan yenilik qısa xəbərlərin çatdırılmasına xidmət edəcək. "Facebook"un yeni məhsulunun "Twitter"ə rəqib olacağı gözlənilir. Şirkət artıq həcmi 100 işarədən çox olmayan qısa mesajların mobil telefonlara göndərilməsi sisteminin sınağlarına başlayıb.
Sözü gedən sistem istifadəçilərə müxtəlif mənbələrdən dəqiq xəbərləri operativ şəkildə çatdırılmasını təmin edəcək. Yeniliyin bu ilin sonuna kimi istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.
"Facebook" sosial şəbəkəsi 2004-cü ildə Harvard universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaradılıb. Hazırda şəbəkənin 1,5 milyarda yaxın aktiv istifadəçisi var
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !