“Facebook”un ilk 10 istifadəçisini siz də tanıyın - FOTO

19:15 | 30.06.2014
“Facebook”un ilk 10 istifadəçisini siz də tanıyın - FOTO

“Facebook”un ilk 10 istifadəçisini siz də tanıyın - FOTO

Bütün dünyada istifadə edilən sosial şəbəkələr arasında ilk sırada yer alan “facebook”a üzv olan ilk 10 adamın kim ola biləcəyi barədə heç düşünmüsünüz? 
"Yeni Müsavat" bu məsələni sosial şəbəkə istifadəçiləri üçün araşdırıb. 
“Facebook”da profil səhifənizə giriş etdiyiniz zaman URL çubuğuna baxdığınızda, ehtimalla ünvanın sonunda bir sıra rəqəmlər görəcəksiniz (istifadəçi adınızı yazmamış olsanız). 
Bu, linkdə olan rəqəmlər “facebook”da qeydiyyatdan keçənlərin sıralamasını göstərir. 
1 və 3 nömrəli ID nömrələri, böyük ehtimalla “facebook”un qurucusu Mark Zuckerberg tərəfindən test edilmiş və ardından silinib. Çünki bu profillər mövcud deyil. Ona görə də, ilk “facebook” istifadəçisi 4 nömrəli İD-dən etibarən başlayır.
2-ci profilin sahibi Chris Hughesdir. Hughes, “facebook”un qurucularından biridir. Universitet illərində Zuckerberg ilə otaq yoldaşı olub.
3-cü profilin sahibi Dustin Moskovitzdir. Moskovitz də “facebook”un qurucularından biridir və universitet illərində Zuckerberg ilə otaq yoldaşı olub. 
4-cü profilin sahibi Arie Hasitdir. Hasit, facebookun qurucusu olmayan ilk yeni üzv olub. Hasit, “facebook”un ilk üzvləri olan David Hammer və Colin Jackson ilə dost idi. 
5-cü profilin sahibi Marcel Laverdetdir. Laverdet də adi istifadəçilərdəndir. Təhsil aldığı məktəbdə belə bir sosial şəbəkənin olduğunu eşidərək qeydiyyatdan keçib və özü də bilmədən tarixə düşüb.
6-cı profilin sahibi Soleio Cuervodur. Cuervo, ilk “facebook” üzvləri olan Kang-Xing Jin və Marcel Corc Laverdet ilə dost olub. Cuervo daha sonra “facebook”da çalışmağa başlayıb və 'bəyəndim' düyməsi onun fikri idi. 
7-ci profilin sahibi Chris Putnamdır. Chris də adi istifadəçilərdəndir. 
8-ci profilin sahibi Andrew McCollumdur. McCollum, Mark Zuckerberg ilə əməliyyat sistemləri sinfindən dost olublar. McCollum eyni zamanda ilk “facebook” üzvlərindən olan David Hammerlə də dost olub. 
9-ci profilin sahibi Colin Kellydir. Kelly, David Hammer və Colin Jackson ilə dost olub və bir Harvardda oxuyublar. Bəzi məlumatlara görə, onların qohumluq əlaqələri də var.
10-cu profilin sahibi Mark Kaganovichdir. Kaganovich, ilk “facebook” istifadəçilərindən olan David Hammer ilə dost olub. Onlar həm də Harvardda eyni zamanda təhsil alıblar. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür