"Facebook"un yeni qərarı narazılıqla qarşılandı

09:09 | 17.12.2014

"Facebook"un yeni qərarı narazılıqla qarşılandı

"Facebook" bir çox istifadəçilərini bəd xəbərlə şoka salıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sosial şəbəkənin rəhbərliyi saxta profilləri bağlamaq üçün orijinal metoda əl atıb. Belə ki, saxta ad altında "Facebook"da qeydiyyatdan keçən istifadəçilərə şəxsiyyəti təsdiq etmək üçün rəsmi sənəd tələb olunacaq. Bu şəxsiyyət isə sürücülük vəsiqəsi ola bilər.

Adını təsdiq edə bilən sosial şəbəkə istifadəçilərinin profilləri onlara geri veriləcək. "Facebook"un bu qərarı istifadəçilərin narazılığna səbəb olub. Bunu istifadəçilərin şəxsi məlumatlarının yayılmasına hesablanmış addım kimi qiymətləndirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM