Rusiyada yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində faciəvi yol qəzası baş verib.
Anews.az xəbər verir ki, Yekaterininburq-Şadrinsk-Kurqan magistral yolunda meydana gələn hadisə zamanı alovlanan maşınların qapıları kilidə düşdüyü üçün içindəkilər yanaraq ölüb.
Çıxan yanğını bir müddət sonra yanğınsöndürən briqada nəzarətə ala bilib. Yanaraq ölən şəxslərin cəsədləri çıxarılaraq morqa yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !