Fahişəliklə məşğul olan polis qadın saxlanıldı

18:48 | 28.08.2017
Fahişəliklə məşğul olan polis qadın saxlanıldı

Fahişəliklə məşğul olan polis qadın saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə mskagency.ru saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, Saratov vilayətinin sakini olan 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.

Axtarış zamanı onun üzərindən kontraseptivlər, intim təyinatlı digər vasitələr və DİN-in əməkdaşı olmasına dair vəsiqə çıxıb.

Araşdırmalar nəticəsində hazırda analıq məzuniyyətində olan qadının DİN-in əməkdaşı olduğu təsdiqlənib.

Faktla bağlı xidməti araşdırma başlanılıb. Onun sonrakı taleyi həmin araşdırmaların nəticəsindən asılı olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM