Faktiki hava açıqlanıb - Bəəzi rayonlara yağış yağıb

10:03 | 08.07.2024
Faktiki hava açıqlanıb - Bəəzi rayonlara yağış yağıb

Faktiki hava açıqlanıb - Bəəzi rayonlara yağış yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


İyulun 8-i saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.


Qeyd edilib ki, düşən yağıntının miqdarı Göyçay, Sarıbaşda (Qax) 9 mm, Şahdağda 5 mm, Mingəçevir, Şəki, Qrız, Göygöl, Oğuz, Zaqatala, Qobustan, Füzuli, Neftçala, Astara, Yardımlı, Biləsuvar, Lerik, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.


Şimal-şərq küləyi iyulun 7-də narıncı xəbərdarlığa uyğun olaraq Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 15 m/s-dək güclənib.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM