anews.az Report-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran HDQ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, Fars körfəzində, Cask liman şəhərinin təqribən 72 km-də texniki nasazlıq səbəbindən qəzaya uğrayan "Şəms" balıqçı gəmisi İran HDQ-dən kömək istəyib. Xilasetmə əməliyyatı üçün əraziyə "Falaken" raket kateri göndərilib. Əməliyyat zamanı balıqçı gəmisinə yaxınlaşan ABŞ HDQ-nə məxsus gəmi "Falaken" tərəfindən xəbərdarlıq alıb və həmin ərazini tərk etmək məcburiyyətində qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !