Türkiyə millisinin baş məşqçisi Fatih Terimin ikinci köməkçisi məlum olub.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Bursaspor"un məşqçisi Mutlu Topçunu məşqçilər korpusuna daxil edib. Bununla da o, Həmzə Həmzəoğlundan sonra Terimin ikinci köməkçisi olub.
Qeyd edək ki, Terimin yığmaya "Qalatasaray"dakı köməkçiləri Ümit Davala və ya Hasan Şaşı gətirəcəyi gözlənilirdi.
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !