BAKU.WS-in məlumatına görə, iştirakçılar bu dəfə aktrisa Fatma Mahmudovanı SMS səsverməsinə çıxarıblar.
Fatma Mahmudova oyuna öncəki iştirakçılardan fərqli taktika ilə başlayıb. O, səs toplayacağı təqdirdə heç kəsi şoudan kənarlaşdıra bilıməyəcəyini bildirib. Bununla belə, aktrisa özünün də şounu tərk edib etməyəcəyinə aydınlıq gətirməyib.
Həmçinin aktrisa, səs göndərilmə məsələsini də tamaşaçıların ixtiyarına buraxıb. Buna baxmayaraq ilkin nəticələrə görə, Fatma Mahmudovanın getməsini istəyən olmayıb. Şounun 45-cı dəqiqəsində açıqlanan nəticələrə görə, gələn səslərin 100 faizi aktrisanın xeyrinə olub. Bunu oyunun sonuna qədər qoruya biləcəkmi, onu zaman göstərəcək.
İstənilən halda bu gün "Maşın"ı 3 nəfər tərk edəcək.
Xatıraldaq ki, bu gün şounu iki iştirakçı artıq tərk edib. Reper Qurd qaydaları pozduğuna görə, müğənni Bilal Əliyev isə 87 yaşlı atasının zəngi ilə əlini maşından götürdü. Üçüncü şəxs kim olacaq, Fatma Mahmudova, yoxsa başqa iştirakçı, onu təxminən saat yarımdan sonra biləcəyik.
Şounun sonunda isə o, tamaşaçıların 64,73 faiz səsini qazanan Fatma Mahmudova heç kəsi çıxarmayacağını bəyan etdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !