Azərbaycanda faydalı qazıntıların istismarı ilə bağlı 10-dan çox hərrac keçiriləcək

13:43 | 14.06.2021
Azərbaycanda faydalı qazıntıların istismarı  ilə bağlı 10-dan çox  hərrac keçiriləcək

Azərbaycanda faydalı qazıntıların istismarı ilə bağlı 10-dan çox hərrac keçiriləcək

Ekologiya və Təbii sərvətlər Nazirliyi 2021-ci ilin İlin sonuna kimi Azərbaycanın  faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı 10-dan artıq hərrac keçirəcək, bu barədə Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov email vasitəsi ilə məlumat verib. 

"Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə 2021-ci ilin sonuna kimi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı 10-dan artıq hərracın keçirilməsi planlaşdırılır",  -  deyə Samir Qurbanov bildirib. 
 
Onun sözlərinə görə,  2021-ci il  iyunun 23-də nazirlik Füzuli rayonunda  yerləşən "Horadiz" qum-çınqıl yatağı,  2021-ci il  iyulun 12-də isə  Qobustan rayonundakı  "Atyalı" dolomit yatağının istismarı üzrə tender keçirəcək.  
 
Xatırladaq ki, infiyə kimi Azərbaycan təbii ehtiyatların istismarı ilə bağlı iki tender keçirib. Onlardan birincisi 2021-ci il aprelin 22-də baş tutub. Tenderin qalibi "Faxraddin-K" şirkəti olub. Göy-göl-1 gil yatağı bu şirkətin istismarına verilib. 
 

Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb