Fazil Məmmədov: "Neftin qiymətinin kəskin aşağı düşməsi.."

12:59 | 11.04.2015
Fazil Məmmədov:

Fazil Məmmədov: "Neftin qiymətinin kəskin aşağı düşməsi.."

"Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib".

ANS PRESS-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

O bildirib ki, bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Nazirin sözlərinə görə, məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub.

Fazil Məmmədov ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verib:

"2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib"

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM