Fazil Məmmədovun yanan villası haqda - Açıqlama

14:23 | 28.12.2017
Fazil Məmmədovun yanan villası haqda - Açıqlama

Fazil Məmmədovun yanan villası haqda - Açıqlama

Sabiq nazir Fazil Məmmədova məxsus olduğu deyilən və yanğın baş verən villa Gəncənin Kəpəz rayonu ərazisində yerləşir.

Anews.az xəbər verir ki, bu barədə axar.az-a Göygöl rayonu Üçtəpə bələdiyyəsindən bildirilib. Bələdiyyə idarəsindən qeyd olunub ki, sözügedən villada ümumiyyətlə indiyə kimi yaşayış olmayıb. Hadisə baş verəndə də villa boş olub:

"Villanın həqiqətən keçmiş vergilər naziri Fazil Məmmədova aid olub-olmaması barədə heç bir məlumatımız yoxdur. Villanın ərazisi bizə aid olmadığı üçün konkret bir söz deyə bilmərəm. Villanın yerləşdiyi ərazi Kəpəz bələdiyyəsinə aiddir.

Ümumiyyətlə, o villada hələ heç kəs yaşamayıb. Lakin villaya bir bağban gözətçilik edir”.

Bələdiyyədən bildirilib ki, yanğın zamanı villaya heç bir zərər dəyməyib:

"Yanğın villanın özündə baş verməyib. Həyətdəki yaşıllıq ərazidə olub yanğın. Yanğını söndürmək üçün əraziyə Gəncə şəhəri Yanğından Mühafizə Xidmətinin maşınları gəlmişdi”.

Qeyd edək ki, "Yeni Müsavat” qəzetinin yazdığına görə, sabiq vergilər naziri Fazil Məmmədovun Göygöl rayonunun Üçtəpə qəsəbəsində yerləşən villasında yanğın olub. Yanğın zamanı villanın həyətindəki böyük sauna külə dönüb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM