Dövlət kosmik sənaye üçün ABŞ və Avropada kadr yetişdirməlidir - DEPUTAT/VIDEO

Azərbaycan kosmik sənaye sahəsi üçün kadr hazırlığı üzərində ciddi düşünməli, bu sfera üçün ABŞ və Avropa universitetlərində yerli kadrların hazırlanması məsələsi "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapmalıdır. Bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
"Bu qanun çox vacib qanundur . Amma sadə dildə tərtib edilib. Sanki Ailə nigah məcəlləsi və ya məişət zorakılıına dair qanun kimi tərtib olunubdur. Ən çox diqqətdən qaçan mütəxəssis və təhsildən danışılmır. Bu elə sahədir ki BDU hüquq fakültəsinin tələbəsini ora transfer etmək olmaz. Mütləq xaricdə mütəxəssislərin hazırlanması nəzərdə tutulmalıdır", - Mustafa bildirib.
Onun fikrincə, qanunda həmçinin məlumatların qorunması məsələsi də hər hansı formada nəzərə alınmalıdır.
"Qanunda xarici və yerli mütəxəssisin statusu dəqiq müəyyən edilməlidir. Özəl sektorun iştirakı nəzərə alınmalıdır. ABŞ-da NASA proqramının bir hissəsi İlon Maska həvalə edildi və Dövlətin yükünün bir hissəsini özəl sektor üzərinə götürüb. Bizdə də özəl sektorun bu sahədə rolu müəyyən olunmalıdır", - Mustafa vurğulayıb.
O kosmik sənaye üçün kadrların ABŞ və Avropada hazırlanmasının vacibliyini də əlavə edib.
"Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi parlament tırıfindən ikinci oxunuşda qəbul edilib. Qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir.
Bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.
Kosmik sənaye – peyk xidmətlərinin təşkili, təqdim edilməsi, kosmik obyektlərin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyalardan istifadə sahəsində elmi tədqiqatların aparılmasıdır.

Azərbaycanda kosmik fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos” tərəfindən həyata keçirilir.
Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.
Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 