Qətnamə Avropa İttifaqına üzv ölkələrin parlament və hökumətləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması üzrə müvafiq sənədlər qəbul etməsini nəzərdə tutur və Türkiyəni 1915-ci ildə Osmanlı imperiyasında "erməni soyqırımı"nı tanımağa çağırır.
ANN.Az xəbər verir ki, Böyük Quruluş Partiyasının başqan, Milli Məclisin deputatı, eləcə də parlamentin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Fazil Mustafa bu hadisə ilə bağlı özünün "Facebook" profilindən açıqlama yayıb.
Fazil Mustafa Avropa Parlamentinin belə bir qərar qəbul etməsini "gözlənilən" hesab edib: "Ancaq bu qərarı qəbul edən avropalı axmaqlar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər".
Deputat ancaq Türkiyədən də sağlam və rasional qərar alacağını gözləməyin bir qədər çətin olacağını bildirir: "O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirirəm. Sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. İndi hansı addımı atacaqlar? Mahçupyan nə fikirləşir? Erməni Soyqırımın Türkiyə Parlamentində tanınması üçün orada neçə erməni və PKK-kürd vəkili sayı tamamlanmalıdır? Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir, indi rəsmi Türkiyə özü erməni ağlı ilə oturub- durursa, biz hansı fədakarlığı edə bilərik? Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtrmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa. Xocalı hadisələrinə "qətliam" deyib aradan çıxmayın, birbaşa Parlamentdə SOYQIRIM kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sairə və ilaxır. Biz də bu addımları, siyasəti cani-könüldən dəstəkləyək".
Bizi sosial şəbəkələrdə izləyin !