Fazil Mustafa özünə səs verdiyini açıqlayıb - VİDEO

10:26 | 07.02.2024
Fazil Mustafa özünə səs verdiyini açıqlayıb - VİDEO

Fazil Mustafa özünə səs verdiyini açıqlayıb - VİDEO

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbdənkənar prezident seçkilərində özünə səs verib. Bu barədə partiya sədri özü bildirib. 
 
"Qeyri-səmimi görünmək istəmirəm. Mən özümə səs verdim. Çünki özümü layiq bildiyimə görə namizədliyimi irəli sürmüşəm. Əgər başqasına səs versəm mənim namizədliyimin mənsı qalmaz. Mən özümə güvənirəm. Seçki kampaniyasında da özümə aid konsepsiya ilə çıxış etdim. Mənim düşündüyüm Azərbaycan daha tez, qısa müddətdə fərqli bir səviyyədə inkişaf yolu keçə biləcək, uğur qazana biləcək bir mahiyyətdədir", - Fazil Mustafa fevralın 7-də növbədənkənar prezident seçkilərində səs verdiyi dairədə anews.az-ın sualını cavablayarkən deyib. 
 
Növbədənkənar Prezident seçkilərində MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Hazırda Azərbaycanda prezident seçkiləri keçirilir. 
 

 
Aygün Mirakif
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM