Fazil Mustafadan telefon qadağasına sərt REAKSİYA

10:58 | 10.01.2014
Fazil Mustafadan telefon qadağasına sərt REAKSİYA

Fazil Mustafadan telefon qadağasına sərt REAKSİYA

Deputat Fazil Mustafa Milli Məclisin binasına daxil olarkən şəxsi mobil telefonların təhvil verilməsinə dair çıxan qərara əməl etməyəcəyini deyir.Fazil Mustafa ANN.Az-a açıqlamasında bildirib ki,  belə bir qərarın verilməsi anormallıqdır:"Bu sadəcə anormal bir qərardır. İnanmıram ki, bu cür məntiqsiz bir qərarı qanunlardan başı çıxan adamlar qəbul etsin. Ümumiyyətlə, deputata qarşı belə bir tələb qoyulması özbaşınalıqdır. Şəxsən mən bu addıma qətiyyən əməl etməyəcəyəm və maneçilik olarsa, məhkəməyə müraciət edəcəyəm".Qeyd edək ki, Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu mətbuata açıqlamasında bildirib ki, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər.Bu qadağa Milli Məclisə daxil olan hər kəsə, o cümlədən deputatlara və jurnalistlərə də şamil olunacaq.Tofiq ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM