Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritetin ikincisi nəhayət ki, həbs edilib.
"Qafqazinfo”ya daxil olan məlumata görə, bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı "Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.
Məlumata görə, "vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Onun yanında olan şəxslərdən birinin öldürüldüyü haqda məlumatlar var. "Qoca” isə sağ olaraq ələ keçirilib.
Hadisə ilə bağlı məlumat gec gəldiyi üçün rəsmi qurumlardan münasibət öyrənə bilmədik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !