Tanınmış müğənni Fədayə Laçın ev dustaqlığına buraxılması üçün yenidən məhkəməyə müraciət edəcək.
Bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Onun sözlərinə görə, müraciət yanvarın sonuna qədər məhkəməyə göndəriləcək.
T.Süleymanlı bayram ərəfəsində F.Laçınla görüşdüyünü deyib: "Fədayə xanımın səhhəti qaydasındadır. Dekabrın 30-da ona baş çəkdim, durumu ilə maraqlandım”.
Xatırladaq ki, müğənni F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !