Fədayə Laçınla bağlı qərar verildi

16:32 | 15.01.2018
Fədayə Laçınla bağlı qərar verildi

Fədayə Laçınla bağlı qərar verildi

Bakıda 2 məhbusun qaçmasında təqsierlləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti uzadılıb.
 
Bu barədə Trend-ə açıqlamasında F. Laçının vəkili Türkel Süleymanlı deyib. Vəkil bildirib ki, F. Laçının həbs müddəti yanvarın 25-də başa çatırdı. Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F. Laçının barəsində seçilmiş həbs-qəti imkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti aprelin 25-dək uzadılıb. Vəkil bildirib ki, F. Laçın həbs müddətinin uzadılması qərarı ilə razılaşmayıb: "Nəsimi rayon məhkəməsinin qərasrından apellyasiya şikayəti vermişik. Hələlik məhkəmənin vaxtı müəyyən edilməyib".

Xatırladaq ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM