"Fədayə yaxşı qızdı, onun kriminal hadisələrlə..." - Tacirdən sərt açıqlama

17:07 | 10.11.2017

"Fədayə yaxşı qızdı, onun kriminal hadisələrlə..." - Tacirdən sərt açıqlama

Həbs edilən müğənni Fədayə Laçının bacısı İlahə Fəda müğənni Tacir Şahmalıoğlunun sənətini tənqid edib. Qarşı tərəfin isə cavabı özünü çox gözlətməyib.

T.Şahmalıoğlu Metbuat.az-a açıqlamasında İ.Fədayənin ünvanına sərt sözlər söyləyib:

"Saytlarda oxudum, İlahə Fəda özünü gülünc vəziyyətinə salıb, mənə qarşı ağızna gələni danışıb. Mənim məktəbimdən bəhrələnənlərdən biri də elə İlahə xanım olub. Vaxt var idi İlahənin əli pulla oynayanda, külli miqdarda pul qazananda, kefinin kök vaxtları heç haqqımda belə sözlər demirdi. Əksinə, deyirdi Tacir kimi insan 3-5 əsrdən bir dünyaya gəlir. Həmişə mənə dua edirdi. Bu sözləri mənim haqqımda deyən İlahə indi də deyir ki, yadda qalan mahnım yox imiş, Fədayənin müəllimi ola bilmərəmiş. Nə oldu, indi pis oldum? Bir vaxtlar mahnılarımdan bəhrələnən şəxs indi heç bir mahnımı yadında saxlayası olmadı? Saytda gedən materialın altına baxdım, hardasa 150 nəfər İlahəni təhqir etmişdi. Xalq mənim yerimə onun cavabını verib. Sonra deyirlər ki, Fədayə Laçına niyə kömək etmirsən? Bundan sonra istəsəm, İlahəyə görə yox, elə Fədayənin özünə görə edərəm. Fədayə özü yaxşı qızdı. Bilirəm ki, onun kriminal hadisələrlə əlaqəsi yoxdur. Allah qapısını açsın. Ancaq təəssüf ki, belə-belə insanlar ağzına gələni danışıb ürək bulandırırlar.”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti