Fədayədən ŞOK ETİRAF: "Günlərlə onun yanında qaldım"

15:53 | 31.10.2017
Fədayədən ŞOK ETİRAF:

Fədayədən ŞOK ETİRAF: "Günlərlə onun yanında qaldım"

Tanınmış müğənni Fədayə Laçınla "Qoca” ləqəbli Etibar Məmmədovun sevgi romanı sən demə, türməyə düşməmişdən öncə başlayıbmış.

Yenicag.az maraqlı faktlar üzə çıxarıb.

Belə ki, hələ 2015-ci il noyabrın 25-də müğənni Space Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan "Məhəbbət əhvalatları” verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.

Yenicag.az bildirir ki, xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini həmin verilişdə açıb-töküb.

Verilişin aparıcısı Mikayıl Güləddinoğlu həmin günü indiki kimi xatırlayır:

"Həmin verilişdə Fədayə Laçın ad çəkmədi, amma gizlin sevgi hekayəsini ilk dəfə olaraq bizə danışdı. Yadımdadır ki, bunu danışanda gözyaşlarına hakim ola bilmədi. Deyirdi ki, sevdiyi insan tanınmış adamdır, qızın da qəlbini mərdliyi ilə ələ alıb. Toyların birində tanış olublar. Fədayənin sənəti onu heyran edib. Sonradan bu münasibət sevgiyə çevrilib. Fədayə deyirdi ki, rayonda toyda olanda oğlan Bakıdan onu görməyə gəlirdi. Həmişə də hədiyyələr gətirirmiş… Etiraf etdi ki, doyunca sevgi yaşamadıq, o türməyə düşdü.

Həbsxanaya düşməzdən əvvəl Fədayə onunla yaşadığı xoş günləri də xatırlamışdı:

"O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömürboyu gözləməyə hazıram”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM