ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkə prezidenti Co Baydenin fərmanı əsasında 11 sentyabr 2001 -ci il hücumlarına dair gizli olan sənədlərin bir hissəsini dərc edib.
Sənəd 16 səhifədən ibarətdir və Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən və daha sonra Amerika vətəndaşlığı almaq istəyən şəxsin ifadəsinə əsaslanır. Mənbənin adı isə silinib.
Hesabat, ABŞ səlahiyyətlilərinə görə 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək insanlarla bu şəxsin təmaslarına aiddir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !