Federasiya prezidenti müğənni oğlunun əməliyyatından danışdı

17:56 | 10.01.2014
Federasiya prezidenti müğənni oğlunun əməliyyatından danışdı

Federasiya prezidenti müğənni oğlunun əməliyyatından danışdı

Azərbaycanın Ciu Cutsu Federasiyasının prezidenti Mirəli Seyidovun oğlu əməliyyat edilib. Bu barədə məlumatı ANS PRESS-ə məşqçi özü verib. Onun sözlərinə görə, Kiyev Nervoloji Xəstəxanasında əməliyyat edilən oğlu hazırda reanimasiyadadır. Həkimlər Rolan Seyidovun ayaqlarda olan sinir tellərini yoxlayıblar: “Reflekslər var və ayaqları işləyir. Hələ özünə gəlməyib. Huşsuz vəziyyətdədir”.M.Seyidov bildirib ki, həkimlər Rolanın iki sutka reanimasiyada qalacağını söyləyiblər. O, qeyd edib ki, bütün bu müalicə proseduralarından sonra Rolana radiolji terapiya tətbiq ediləcək: “Endokrinoloji əməliyyat aparılıb. Həkimlər beynində olan əlavə qanlı yerləri qurudublar”.M.Seyidov əməliyyatın qiymətinin 15 min avro olduğunu söyləyib. Radioloji terapiyanın isə qiyməti 600 avrodur. “5 ay radioloji terapiya həyata keçiriləcək. 5 aydan sonra yenidən Kiyevə gəlməliyik”. M.Seyidov əməliyyat xərclərini ödəmək üçün borc aldığını söyləyib: “Borc almışam və qonşular bir az köməklik ediblər”.Federasiya prezidenti qeyd edib ki, oğunun əməliyyat xərclərini ödəmək üçün bankda hesab açıblar və ora pul köçürülər. “Hesabda nə qədər pul olduğunu bilmirəm. Dostlar, yaxın adamlar dar gündə mənə zəng edirlər ki, pul köçürmüşük. Ama bilmirəm hara köçürüblər. Dünən axşam gedib hesabı yoxladım, amma heç nə yox idi". M.Seyidov sabah Bakıya gələcəyini də bildirib.Qeyd edək ki, Rolan Seyidovun özü müğənnidir. O, ötən il “Eurovision”un milli seçim turunda iştirak edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM