Fəhlə qaldırıcı kranın yükünün altında qalıb - FACİƏ

12:10 | 15.03.2014
Fəhlə qaldırıcı kranın yükünün altında qalıb - FACİƏ

Fəhlə qaldırıcı kranın yükünün altında qalıb - FACİƏ

“Qarasu Oil” əməliyyat şirkətinin neft quyusunda bədbəxt hadisə baş verib.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində qeydə alınıb. Şirkətin elektrik çilingəri vəzifəsində işləyən Şirvan şəhəri sakini, 1975-ci il təvəllüdlü Ağayev Oleq Siyasətoviçin başına yük qaldıran kranının qarmağında olan yük düşüb. Nəticədə Oleq Ağayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İş yoldaşlarının verdiyi məlumata görə, fəhlə şirkətin 513 saylı quyusunda adi elektrik işlərini yerinə yetirirmiş. Hadisə bu zaman baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Şirkət rəhbərliyindən baş verən hadisəyə münasibət bildirmək mümkün olmayıb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırmaya başlanılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM